Müsəlman ölkəsində ABŞ təyyarəsi vuruldu - "Yaxın günlərdə böyük sürpriz yaşanacaq"

ABŞ-a aid MQ9 tipli pilotsuz təyyarə Yəməndə Husilər tərəfindən düşürülüb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bunu açıqlamasında Husilərin sözçüsü Yəhya Seri bildirib. Pilotsuz təyyarə Yəməndə istehsal edilən və yaxın günlərdə tanıtımı keçiriləcək raketlə vurulub.

Seri Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinə səslənərək Yəmən hava sahəsinin keçmişdə olduğu kimi pozulmayacağını, bu addımı atmadan əvvəl çox düşünmələri gərəkdiyini bildirib. Düşmən təyyarələrini zərərsizləşdirmək üçün imkanlarının artdığını ifadə edən Seri qarşıdakı günlərdə böyük sürprizlərin yaşanacağını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR