İran yerli istehsal müdafiə sistemlərini təqdim etdi - S-300 və S-400 sistemləri ilə müqayisəsi...

İranın "Baver 373" adı verilən yerli istehsal uzun mənzilli hava müdafiə sistemi Tehranda təqdim edilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, tədbirə qatılan Həsən Ruhani "Baver 373" sistemlərinin S-300 sistemlərindən daha güclü, S-400 sistemlərinə isə yaxın səviyyədə olduğunu bildirib. Nüvə anlaşması və ABŞ sanksiyalarına dair fikirlər bildirən Ruhanı Vaşinqton hökümətinin nüvə anlaşmasından ayrılaraq "beynəlxalq qanunları və qərarları tapdalayaraq iqtisadi terror etdiyini" və hədəfinə təzyiqlərlə çatmaq istədiyini deyib. O, 2018-ci ildəki nümayişləri xatırladaraq bildirib:

"Tehran və digər başqa şəhərlərdəki adamları vasitəsi ilə qarışıqlıq yaratmağı bacardılar. Bu qarışıqlığın İranda bir neçə ay davam edəcəyini zənn edirdilər. İran xaricilərin kampaniyasına qarşı böyük bir uğur əldə etdi".

İranlı mütəxəssislər tərəfindən S-300 sistemlərindən daha güclü olduğu deyilən "Baver 373" sistemləri 200 kilometr uzaqlıqdakı və 27 kilometr ətrafdakı hədəfləri məhv edə bildiyi söylənilib.

Qeyd edək ki, iran və Rusiya arasında 2007-ci ildə imzalanan 900 milyon dollarlıq S-300 müqaviləsi BMT sanksiyaları səbəbindən keçmiş Rusiya prezidenti D. Medvedev tərəfindən 2010-cu ildə təxirə salınmışdı. Bundan sonra İran "Baver 373" sistemlərinin istehsalına başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR