İtaliyada çimərlikdən qum oğurlayan cütlüyü 6 ilə qədər həbs gözləyir

İtaliyada çimərlikdən qum oğurlayan cütlüyü 6 ilə qədər həbs gözləyir
03:12 23 Avqust 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Aralıq dənizində yerləşən Sardiniya adasında avtomobillərindən 40 kq çimərlik qumu aşkarlanan cütlüyü 6 ilədək həbs cəzası gözləyir.
"Report" "Independent" nəşrinə istinadən xəbər verir ki, bərə ilə Sardiniyadan Fransaya yola düşən turistlər polisin onların maşınlarının yük hissəsində içərisində qum olan 14 plastik butulka aşkar etməsindən sonra saxlanılıblar.
İtaliya adasında çimərlikdən ağ qum götürməyə ciddi şəkildə qadağa var. Qanun pozucuları cərimə olunurlar, ən ağır cəza isə 6 ilə qədər həbs müddətidir.
Saxlanılan şəxslər qadağadan xəbərsiz olduqlarını və qumu suvenir kimi evlərinə apardıqlarını bildiriblər.



Xəbərin orijinal ünvanı: https://report.az/turizm/i-taliyada-cimerlikden-qum-ogurlayan-cutluyu-6-ile-qeder-hebs-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR