Əlcəzairdə konsert zamanı basırıqda 5 nəfər ölüb

Əlcəzairdə konsert zamanı basırıqda 5 nəfər ölüb
06:22 23 Avqust 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Əlcəzairin eyniadlı paytaxtında keçirilən rep konserti zamanı 5 nəfər ölüb, daha 20-si xəsarət alıb.
“Report” xəbər verir ki, faciə "Soolking" ləqəbli ifaçının konsertində olub. Çıxış stadionda baş tutub.
Yerli KİV-in məlumatına görə, basırıq stadionun girişlərindən birində qeydə alınıb. İki kişi və 3 qadın fanatın öldüyü bildirilir.
Daha 21 musiqi həvəskarı müxtəlif travmalar alıb, lakin onların həyatı təhlükə altında deyil.
Faciəyə baxmayaraq, repçi çıxışını davam etdirib.

#Algerie On déplore 5 morts au concert de #Soolking et plus de 20 blessés en raison d'une violente bousculade à l'extérieur du stade qui se serait produite car des fans munis de leur ticket n'auraient pas pu accéder au concert#Alger #Algiers #Algeria pic.twitter.com/WGft0R0byu — Rebecca Rambar (@RebeccaRambar) 22 августа 2019 г.


Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/elcezairde-konsert-zamani-basiriqda-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR