7-12 yaşlı uşaqları adyalın altına salıb soyundururlar və... - Kənddə iyrənc toy adəti + GÖRÜNTÜLƏR

Türkiyədə kəndlərin birindəki "cücə çıxarma" adlı toy ənənəsinin video görüntüləri böyük skandala səbəb olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Mahmatlı kəndində baş tutan xına gecəsində bu ənənə təkrarlanıb və video görüntüləri çəkilib. Ənənəyə görə, otağın ortasında böyük bir adyalı ayaq üstə duran 3-4 nəfər tutur, adyalın altına isə 7-12 yaşlı uşaqları salırlar. Uşalqlarla birgə adyalın altına 18 yaşın üzərində olan bir neçə nəfər də girir. Ətrafdakıların gülüş səsləri ilə birlikdə adyalın altındakı uşaqların paltarları bir-bir çıxardılır.

Video görüntülərdə adyalın altındakı uşaqlardan birinin qışqırdığı, digər ikisinin alt geyimlərinin də çıxarıldığı görülür. Bu videonun yayılmasından sonra uşaqların valideynləri prosesi həyata keçirən 2 şəxsi polisə şikayət ediblər. Həmin şəxslər artıq saxlanılıb. Videodakı görüntülərdə otaqda olan 30 nəfərində ifadəsi polis tərəfindən alınıb. Onlardan biri bildirib:

"Bizim kənddə yarım əsrdir bu oyun oynanılır. Gülmək, əylənmək məqsədi ilə edilir. Cinsi istismar kimi bir şey deyil. Ortada pis bir niyyət yoxdur".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR