"Linfild"in futbolçusu: "Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq"

"Linfild"in futbolçusu: "Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq"
10:27 23 Avqust 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

“Qələbə qazandığımıza görə xoşbəxtik. Qapımızıda ilk qolu görəndən sonra buna yaxşı reaksiya verdik”.
“Report” xəbər verir ki, bunları Şimali İrlandiyanın “Linfild” komandasının futbolçusu Kris Keysment “Qarabağ”ı Belfastda 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsininin ilk oyunundan sonra söyləyib.
31 yaşlı müdafiəçinin sözlərinə görə, cavab matçı komandası üçün çətin olacaq: Bu, duelin birinci hissəsi idi. Bizi Bakıda daha çətin oyun gözləyir. Komandanın oyunundan razı qaldım. Bütün kollektiv yaxşı oynadı. Rəqibimiz güclü idi, ilk 15 dəqiqə ərzində oyunumuzu tapa bilmirdik. Azarkeşlər yaxşı atmosfer yaratması oyunumuza müsbət təsir etdi. Lakin bu görüş artıq geridə qaldı. Növbəti matça hazırlaşmalıyıq. Çətin olacağını bilirik. Ancaq məşqçilər korpusu və futbolçularla birlikdə Bakıda sürpriz edə biləcəyimizə və qrupa düşəcəyimizə inanmalıyıq”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/linfild-in-futbolcusu-bakida-surpriz-ede-bileceyimize-inanmaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR