KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib - FOTO

KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib - FOTO
14:52 23 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Mikro, kiçik və orta biznes subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq təlim, seminar, treninq və bu kimi tədbirlər təşkil olunur, sahibkarlar maarifləndirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, avqustun 22-də KOBİA-da konsaltinq, qida və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar, o cümlədən gənc və qadın sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kapital bazarları vasitəsilə maliyyələşdirmə" mövzusunda seminar keçirilib.

KOBİA və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə KOB subyektləri müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri və onlara çıxış imkanları, bu sahədə beynəlxalq təcrübə barədə məlumatlandırılıb, mövzuya dair müxtəlif təqdimatlar keçirilib.

Tədbir çərçivəsində biznesin qurulması və inkişaf etdirilməsi üçün kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri, Listinq Məsləhət Proqramına qoşulma, eləcə də mövzu ilə bağlı KOB-ları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/780421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR