Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI - ŞOK FAKTLAR

Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI - ŞOK FAKTLAR
18:08 23 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Dünya musiqisinin əfsanəsi Maykl Ceksonun ölümündən 10 il keçsə də haqqında müzakirələr səngimir.

Publika.az xəbər verir ki, bir ay öncə pop-kral haqda yayımlanan sənədli filmdə cəsədi üzərində aparılan ekspertizanın cavabları da ilk dəfə yer alıb. Filmdə Ceksonun əslində keçəl olduğu, bədənindəki gizli döymələr və əməliyyat izləri haqda şok faktlar səslənib.

50 yaşlı musiqi əfsanəsi 2009-cu ildə yüksək dozada keyidici həb içib ürək tutmasından dünyasını dəyişmişdi. Dərmanları Ceksona həkimi Konrad Murey tövsiyə etmişdi. Cekson öləndən sonra həbs olunan həkim 4 ildən sonra azadlığa buraxılmışdı.

Bir müddət öncə isə 3 xəfiyyənin kral haqda araşdırması bütün qaranlıq məqamları işıq üzünə çıxarıb.

Məlum olub ki, müğənni son illər parikdə gəzib. Hətta başında bir neçə döymə etdirdiyi də nəzərdən qaçmayıb. Onlar Mayklın 1984-cü ildə çəkildiyi Pepsi reklamında başından yanıq zədəsi aldığını da bildiriblər.

Həmçinin tibbi ekspertiza zamanı üzə çıxan yeni faktlar onun bilinməyən xəstəliklərindən də xəbər verib. Xroniki yuxusuzluqdan müalicə olunduğu, ağır iynələr vurdurduğu da bəlli olub. Bundan başqa onun bütün bədənində estetik əməliyyatdan qalma tikiş izləri də olub.

Pop-kralın dodaq ətrafındakı çəhrayı çərçivə döyməsi də estetik xarakter daşıyıb.

Leyla


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/288218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR