Qara dənizin Gürcüstan sahillərində yenidən qırmızı fənərlər yandırılıb

Qara dənizin Gürcüstan sahillərində yenidən qırmızı fənərlər yandırılıb
23:17 23 Avqust 2019
139 Dünya
Ölkə mətbuatı
A- A+

Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub. Dəniz sahillərində, xüsusən də çimərliklərdə qırmızı fənərlər yandırılıb və insanlara suya girmək qadağan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir ki, ölkə ərazisinin bəzi bölgələrində hava şəraiti kəskin dəyişəcək. Acarıstan Muxtar Respublikası, Quriya, Poti və Sameqrelo bölgələrində 3-4 bal gücündə qasırğa gözlənilir. Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Dənizə girməyə icazə verildikdə sahil xəttində ağ bayraqlar qaldırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/780514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR