Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb

Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb
23:47 23 Avqust 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Maan" informasiya agentliyi sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.
Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci "Qayıdış marşı"na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qezzada-toqqusmalar-zamani-122-felestinli-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR