“Liverpul” qalib gəldi, “Mançester Yunayted” uduzdu

İngiltərə Premyer Liqasında üçüncü turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, bu gün 6 görüş keçirilib. Liderliyə iddialı "Çelsi" səfərdə "Norviç"ə 3:2 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" isə öz meydanında "Kristal Pelas"u qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün son oyununda "Arsenal" və "Liverpul" klubları üz-üzə gəliblər. Matç Yürgen Kloppun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Aston Villa” – “Everton” – 2:0
“Brayton” – “Sauthempton” – 0:2
“Mançester Yunayted” – “Kristal Pelas” – 1:2
“Şeffild Yunayted” – “Lester” – 1:2
“Uotford” – “Vest Hem” – 1:3
“Liverpul” – “Arsenal” – 3:1

Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR