"Arsenal"ın futbolçusu "Real Sosyedad"a keçməyə yaxındır

"Arsenal"ın futbolçusu "Real Sosyedad"a keçməyə yaxındır
14:57 25 Avqust 2019
32 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna keçməyə yaxındır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı müdafiəçinin nümayəndələri artıq İspaniya klubu ilə danışıqlar aparırlar.

Bildirilir ki, futbolçunun "Real Sosyedad" ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulacaq.

Qeyd edək ki, N.Monreal 2013-cü ildən "Arsenal"da çıxış edir. Futbolçu 3 dəfə İngiltərə Kubokunu və 3 dəfə İngiltərə Superkubokunu qazanıb. Ümümulikdə komandanın heyətində 251 oyun keçirən N.Monreal 10 qol və 20 qol ilə nəticələnən ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/780823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR