Əkrəm İmamoğlu sms ilə qovduğu 1344 işçini lağa qoydu - "CV göndərin baxarıq"

İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu Bələdiyyənin qarşısında işdən çıxarıldıqları üçün nümayiş keçirən işçilərlə danışıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, seçimlərdən əvvəl "hər kəsi qucaqlayacağıq" deyən İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu işdən çıxarılan işçilərin təmsilçiləri ilə görüşüb. SMS ilə işdən qovulduğunu öyrənən 1344 nəfərin arasından seçilən 3 işçi ilə görüş qısa çəkib.

Görüş zamanı İmamoğlunun işçilərə "CV göndərin baxarıq" dediyi bildirilib. İmamoğlunun bu sözü onun işçiləri lağa qoyması kimi qiymətləndirilib və Türkiyədə böyük müzakirələrə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR