Məşhurlar qırmızı xalıda dəbdəbəli ziyafət libaslarında - FOTO

Məşhurlar qırmızı xalıda dəbdəbəli ziyafət libaslarında - FOTO
19:03 31 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Venesiya bu həftə mədəni və sosial xəbərlərin əsas mənbəyi olaraq qalır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 76-cı Venesiya Film Festivalı bütün sürəti ilə davam edir və premyera üçün iştirakçılarını toplayır. Festivalın 3-cü günüdə ən çox gözlənilən filmlərdən ikisi Lido adasında nümayiş olunub: Roman Polanskinin "Məmur və casus" adlı tarixi dramı və Benedikt Endryusun "Düşmənlərin acığına" siyasi trilleri.

"Məmur və casus" premyerasının qırmızı xalısında ilk olaraq 52 yaşlı Vensan Kassel və 22 yaşlı Tina Kunaki görünüb. Çıxışı üçün Tina “Armani Prive” brendindən mini qara lələk paltar seçib. Cütlük Venesiyaya üç aylıq qızı Amazon ilə birgə gəlib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Vensanın keçmiş həyat yoldaşı Monika Beluççi də festivalın əsas qonaqlarından biri olmuşdu.

Polanskinin filmi “Mostra”nın əsas rəqabətinə daxil edilsə də, bu fakt özü də qalmaqallıdır. Film festivalının münsiflər heyətinin sədri, argentinalı rejissor Lukresiya Martel azyaşlı uşağı aldatmaqda ittiham olunan rejissora qarşı çıxdığını açıq şəkildə etiraf edib. Amma festivalın rəhbəri Alberto Barbera Polanskinin yarışmada iştirakını dəstəkləyib. "Məmur və casus" filmi sonda tənqidçiləri məyus etməyib.

Premyerada Polanskinin həyat yoldaşı, yeni filmində rol alan aktrisa Emmanuel Sene, eləcə də aparıcı aktyorlar: Jan Dyujarden və Loui Qarrell iştirak edib.

Elə həmin axşam 29 yaşlı Kristen Stüartın rol aldığı Benedikt Endryusun "Düşmənlərin acığına " filminin komandası qırmızı xalıya çıxaraq fotoqraflara poza verib.

Venesiya Film Festivalının yüksələn ulduzları arasında Endi Makdauellin qızı 24 yaşlı aktrisa Marqaret Kuelli fərqlənib. Venesiya Film Festivalından bir ay əvvəl Marqaretin “Fosse / Verdon” mini seriyasındakı roluna görə “Emmi” mükafatına namizəd olduğu açıqlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/288903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR