NATO Baş katibi ABŞ Xarici İşlər naziri ilə görüşüb - Əfqanıstan müzakirə edildi

NATO Baş katibi C. Stoltenberq və ABŞ Xarici İşlər naziri M. Pompeo görüşüblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşdə Əfqanıstandakı sülh cəhdləri və dekabr ayında təşkil olunacaq NATO Liderlər Toplantısı müzakirə edilib. Stoltenberq görüşlə bağlı "Tvitter" hesabından paylaşdığı açıqlamada bildirib:

"Xarici İşlər naziri Pompeo ilə mövcud təhlükəsizlik məsələləri haqqında səmərəli görüş keçirdik. NATO Əfqanıstandakı sülh cəhdlərini güclü bir şəkildə dəstəkləyir. Yaxın zamanda həyata keçirilən qorxunc hücumları qınayırıq. NATO əfqan güclərini dəstəkləmə məsələsindəki qərarlılığını davam etdirir".

Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Pompeo Brüsselə ziyarəti çərçivəsində Avropa Birliyi qurumlarına yeni seçilən liderlərlə də bir araya gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR