Nikolas Maduro orduya təlimat verdi - "Hücuma qarşı hazır olun"

Ötən aylarda çevriliş cəhdi ilə qarşı-qarşıya qalan Venesuelada vəziyyət qeyri-stabil olaraq qalır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrinə "Kolumbiya hökümətindən gələ biləcək hər hansı bir hücuma qarşı hazır olmaq" təlimatını verib.

Kolumbiyada 3 il öncə hökümət ilə sülh müqaviləsi imzalayan Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) komandirlərindən İvan Markes yenidən silahlı mübarizəyə çağırış edib. Bu çağırışdan sonra Maduro Venesuela sərhədlərində hərbi əməliyyatlara başlanılacağını bildirmişdi.

Verilən məlumata görə, Kolumbiya Xarici İşlər Nazirliyi Maduronun açıqlaması ilə bağlı rəy bildirməyi rədd edib. Onlar Venesuelaya hücum iddialarını inkar ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR