Donald Tramp onu tənqid edən London merinə cavab verdi - "Barak Obama da belə edərdi.."

"Prezident seçkilərini yenidən qazansam nə olacağını düşünürəm. Anlaşma daha da sərt olacaq (Çin ilə). Eyni zamanda Çinin tədarük zənciri qırılacaq, müəssisələri, işləri və pulu gedəcək".

Metbuat.az xəbər verir ki, bunları ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" hesabındakı açıqlamasında bildirib. O, qeyd edib ki, Çin ilə müzakirələr yaxşı getsə də, onlar yeni ABŞ höküməti ilə razılığa gəlməyi daha çox istəyəcəklər.

Həmçinin Tramp London meri Sadiq Xanın ona qarşı tənqidlərinə də cavab verib. London merini "bacarıqsız mer" olaraq adlandıran Tramp, digər siyasətçilərin saatlarla məşq etdiyini, həftələrlə səyahət etdiyini vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl Sadiq Xan Polşaya rəsmi səfərini təxirə salan Trampın qolfla zaman keçirməsini tənqid etmişdi.

Özünün "çox bahalı" qolf kursuna getdiyini, Barak Obamanın da belə bir vəziyyətdə Havay adalarına gedəcəyini müdafiə edən Tramp qeyd edib:

"Xan Londonda tamamilə nəzarətdən çıxan bıçaqlı hücumlara baxmalıdır. İnsanlar küçədə gəzməyə belə qorxurlar. O bizim işlərimizdən uzaq durmalı olan qorxunc bir merdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR