Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb

Sentyabrın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşüb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb.

Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.

Fuad Nağıyev qeyd edib ki, hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq daim Agentliyin əsas hədəflərindən olub.

Görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını və bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Xatırladaq ki, bu il mayın 16-da Azərbaycan Hotel Assosiasiyası “HOTREC”-ə müşahidəçi üzv qəbul edilib.

Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən “Intour” sammitinə qatılıb.

Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək, eyni zamanda hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR