"Ya bizdən neft alın, ya da 15 milyard dollar..." - İran Avropanın qarşısında şərt qoydu

İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi nüvə anlaşmasını tam olaraq tətbiq etmələri üçün ya İranın neft satışına şərait yaradılması ya da kredit ayrılması lazım olduğunu bildirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "Fars" məlumat yayıb. Əks halda İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmağa davam edəcəyini deyən Arakçi həmçinin bildirib:

"Nüvə müqaviləsinin şərtlərini tam olaraq tətbiq etməyimiz üçün 4 aylıq müddət içində 15 milyard dollar kredit verilməsi lazımdır. Avropa ya İrandan neft almalı, ya da neft gəlirləri qədər bir kredit verməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR