Rusiyada pul vəsaitlərinin sosial şəbəkələr vasitəsilə oğurlanması halları artıb

Rusiyada pul vəsaitlərinin sosial şəbəkələr vasitəsilə oğurlanması halları artıb
21:17 4 Sentyabr 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarının pul vəsaitlərinin sosial şəbəkələr vasitəsilə oğurlanması hallarının artdığını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankının informasiya təhlükəsizliyi departamentinin rəis müavini Artyom Sıçyov məlumat verib. O qeyd edib ki, pul vəsaitləri kiberfırıldaqçılar tərəfindən sosial şəbəkə hesablarının ələ keçirilməsi yolu ilə oğurlanır. Fırıldaqçılar sosial şəbəkə hesablarını ələ keçirərək, onların sahibləri adından yardım istəyirlər. Bu zaman hətta sosial şəbəkə sahiblərinin səslərini yamsılayırlar.

Bnakın məlumatına görə, bu cür cinayətlərin 97 faizi sosial mühəndislik, başqa sözlə, sosial şəbəkə istifadəçilərinin etimadını qazanaraq, onların bank hesabları haqqında məlumat alınması yolu ilə törədilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/783290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR