Xəzər Boru Kəməri Konsorsiumu neft ixracını artırdı

Xəzər Boru Kəməri Konsorsiumu neft ixracını artırdı
03:38 5 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2019-cu ilin yanvar-avqust aylarında 41,517 milyon ton neft ixrac edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə (40,205 milyon ton) 3,26 faiz çoxdur.

Publika.az xəbər verir ki, 2018-ci ildə ən böyük neft ixracı Tengiz yataqlarından (28,7 milyon ton), Kaşağandan (13,2 milyon ton) və Qaraçağanaqdan (10,3 milyon ton) olub.

Qazaxıstanın ümumi ixrac neftinin üçdə ikisindən çoxu CPC ilə nəql olunur.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/289291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR