Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb

2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb.

Metbuat.az bildirir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb:

“Buna qədər həmin göstərici 8 milyon dollara yaxın idi. Pakistan Azərbaycanla ticari-iqtisadi münasibətlərin möhkəmlənməsində maraqlıdır. Biz turizm sahəsində ikitərəfli inkişaf üçün böyük potensial görürük”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR