Azərbaycana qarşı “SİLAHLI OYUN”: Kərimli və Dunn eyni hədəfə işləyir

Azərbaycana qarşı “SİLAHLI OYUN”: Kərimli və Dunn eyni hədəfə işləyir
14:28 5 Sentyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan kampaniyaların başlanması adətən bir mexanizm üzərində qurulur: gözlənilməz bir dezinformasiya peyda olur; müxalifət bu dezinformasiya üzərindən qondarma iddialar irəli sürür; buna paralel olaraq, ölkə sərhədlərindən xaricdə kimlərsə Azərbaycanın adının hallandırıldığı iddiaları gündəmə gətirir; ilk baxışda, ölkə daxilində və xaricində bir-birindən fərqli görünən məsələlər son nəticədə birləşdirilir və Azərbaycana qarşı təzyiq elementinə çevrilir. İndiyə qədər Avropa strukturlarında Azərbaycana qarşı bütün qondarma qətnamələrin, hesabatların mənbəyi də daxildə istehsal olunan dezinformasiyalar olub.

Bu mexanizm kontekstində AXCP sədri Əli Kərimlinin son günlər gündəmə gətirdiyi “silahlı fədai” məsələsi diqqət çəkir. Onun iddiasına görə, özünü “Milli fədailər qrupu”nun rəhbəri adlandıran Fuad Muradov adlı şəxs AXCP üzvü Nicat Abdullazadəni ölümlə hədələyib. Bu iddia olaraq qalır, lakin Əli Kərimli və dəstəsi hadisənin mahiyyətinin araşdırılmasında maraqlı görünmürlər, əksinə, elə görüntü yaradırlar ki, irəli sürdükləri iddia faktdır və hakimiyyət bununla bağlı dərhal cavab verməlidir.

F.Muradovun kimliyi ilə bağlı apardığımız araşdırmada ortaya çıxan faktlar prosesin görünməyən tərəflərinə və Azərbaycana qarşı yeni hücumun başlanmasına zəmin yaradılması oyunun detallarına işıq salır. F.Muradov AXC-Müsavat iqtidarı dövründə ölkədə mövcud silahlı dəstələrdən birinin rəhbəri olmuş “qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur. Alik Muradov keçmiş cəbhəçidir, hərçənd, bu gün də ideoloji baxımdan AXCP-yə - Əli Kərimliyə yaxındır. Onun oğlunun başqa bir cəbhəçini hədələməsi və Əli Kərimlinin hadisənin detallarını ört-basdır edərək, təcili şəkildə siyasi bəyanatlar verməsi şübhəli suallara səbəb olur: Muradov “nə vaxtsa lazım olar” prinsipi ilə mövcud hakimiyyətə yaxın çevrədə yerləşdirilib?! Faktlar da Muradovun Əli Kərimlinin gizli adamı olması ehtimalını artırır.

Əli Kərimli tələb edir: ya Fuad Muradov cəzalandırılmalı, ya da hakimiyyət “silahlı dəstə” yaratdığını qəbul etməlidir. Diqqət edin, o, hadisənin araşdırılmasını istəmir və təcili şəkildə məsələni siyasiləşdirir. Məqsəd indiki halda ictimai rəyə “silahlı dəstə” iddiasının sırınması və gələcək proseslərə zəmin yaratmaqdır.

Əli Kərimlinin iddiasından bir gün sonra Böyük Britaniya vətəndaşı, aktiv sosial şəbəkə istifadəçisi olan Clive Dunn adlı şəxsin Azərbaycanın adının hallandırıldığı “Terrorçular üçün silah daşıyan 350 diplomatik uçuş” adlı köhnə məqaləni yenidən paylaşması oynanılan oyunun hədəfini müəyyənləşdirməyə imkan verir.

Sözügedən məqalə bolqar jurnalist Dilyana Qaytancıyevanın müəllifliyi ilə bir müddət öncə yayımlanıb. Məqalədə iddia edilir ki, “3 il boyunca Azərbaycandan Silk Way vasitəsilə münaqişə zonalarındakı terrorçulara silah daşınıb”. Bu məqalə ilə bağlı aparılan araşdırmalar iddiaların doğru olmadığını ortaya çıxardı və təkzib olundu. Lakin bir müddət öncə yayımlanan yalanlanmış məqalənin Clive Dunn tərəfindən yenidən gündəmə gətirilməsi və bu addımın Əli Kərimlinin “hakimiyyət silahlı dəstə yaradır” iddiasından bir gün sonra peyda olması “Azərbaycan qanunsuz silah dövriyyəsini həyata keçirir və silahlı dəstələr yaradır” qalmaqalının yaradılması üçün alt bazanın formalaşdırılması cəhdidir.

Əli Kərimli “silahlı dəstə” iddiasını irəli sürür;
Clive Dunn “Azərbaycanın qanunsuz silah dövriyyəsi” iddiasını gündəmə gətirir;


Azərbaycan ətrafında yeni qalmaqalın yaradılmasına cəhd olunacaqsda, bu iki tezis əsas istiqamət olacaq.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/289352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR