“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi başa çatıb (FOTO)

“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi başa çatıb (FOTO)
15:01 5 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərin 90 faizdən çoxu yerinə yetirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) Trend-ə verilən məlumata görə, Pirşağı tullantı sutəmizləyici qurğusunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədən dənizin dibi ilə marşrut müəyyənləşdirilib və ASCO-nun ixtisaslaşmış gəmiləri ilə dibdərinləşdirmə işləri aparılıb. Gəmilər işlərini uğurla başa çatdırıblar.

Dibdərinləşdirmə işləri "Mühəndis B. Məmmədov" torpaqqazan, "Bakinskaya-3", "Bakinskaya-5" və "Bakinskaya-6" torpaqdaşıyan gəmiləri ilə yerinə yetirilib. Bundan əlavə, layihəyə “Abşeronskaya-5” yedək/lövbərdaşıyan və “Orion-12” dalğıc-dibölçən gəmiləri də cəlb edilib.

Pirşağı qazma ərazisində çıxarılan ümumi həcm 216 650 m3 təşkil edir.

Qazılan ərazidə “Zülfü Hacıyev” kran gəmisi ilə istiqamətləndirici svay vurulub və 1630 metr uzunluğunda, diametri 1620 x 14mm olan borular Hövsandan Pirşağı ərazisinə gətirilərək ərazidə yerləşdirilib. Bu prosesdə 1 ədəd “Nefteqaz” tipli, 2 ədəd “Qaradağ” tipli, 3 ədəd “BMK” tipli, 1 ədəd “Orion” tipli və 1 ədəd “SOCAR-1” tipli gəmilər iştirak ediblər.

Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3114476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR