"Hər gün bağ evimə aparırdım, eşq yaşadığımızı əri də bilirdi" - İtkin düşən qadınla bağlı ŞOK FAKTLAR

Türkiyənin ATV-kanalında yayımlanan, Müge Anlının aparıcılıq etdiyi Azərbaycandakı "Səni axtarıram" tipli verilişin canlı yayımına telefonla bağlanan şəxsin etirafı tamaşaçıları təəccübləndirib.

Metbuat.az bildirir ki, Fadime Altundaş adlı qadın 18 gündür itkin düşən anası ilə bağlı Müge Anlının verilişinə müraciət edib. O bildirib ki, anası Ayşe Altundaş iyul ayının 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu əsnada Mehmet adlı kişi telefonla canlı yayıma bağlanaraq hər kəsi təəccübləndirəcək etiraf edib. O, Ayşenin itkin düşdüyü günün səhər saatlarında onunla meşədə cinsi əlaqəyə girdiyini söyləyib.

Kişinin etirafı aparıcı və Ayşənin qızı daxil, tamaşaçıları da "şoka salıb". Mehmet adlı şəxs etirafında bildirib ki, onların gizli münasibətini qadının əri və qızı da bilib:

"Bir həftə əvvəl hər gün səhər onunla görüşüb, bağ evimə aparırdım. İtkin düşdüyü gün də mənə zəng edərək ürəyinin sıxıldığını dedi. Mən də bağ evimə apardım, meşəlik ərazidə cinsi əlaqədə olduq. Təxminən səhər saat 7:30-da evinə ötürdüm, ondan sonra xəbərim yoxdur. Biz 2013-cü ildən bəri eşq yaşayırıq, bunu əri də daxil olmaqla hamı bilirdi" (Milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR