Şəhid pilotumuz Rəşad Atakişiyevin anası ilə FOTOSU PAYLAŞILDI

MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək şəhid olan pilot Rəşad Atakişiyevin anası ilə fotosu yayılıb.

Metbuat.az
xəbər verir ki, fotonu mərhum pilotun qardaşı Nicat Atakişiyev şəxsi "Facebook" səhifəsində yayıb.

Sözügedən şəkil sosial şəbəkə izləyicilərin böyük marağına səəb olub.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var. (baku.ws)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR