"Slovakiya Avropanın ən güclü yığmalarından biridir" - Obradoviç

"Slovakiya Avropanın ən güclü yığmalarından biridir" - Obradoviç
21:47 5 Sentyabr 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

"Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər. Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçiriləcək oyun üçün təşkil etdiyi brifinqdə deyib.

Serbiyalı mütəxəssis komandasının oyuna hazır olduğunu bildirib: "Heyətdə zədəli futbolçumuz yoxdur. Oyunçuların fiziki hazırlığı yaxşıdır, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Futbolçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq.  

Rəqibə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridir. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdü, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər".

Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:30-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/783701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR