Messi "Barselona" ilə müqaviləsində gizli bənd aşkarlandı

Barselona”nın argentinalı ulduzu Lionel Məssi ilə bağlı İspaniya mətbuatından çox danışılacaq bir iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, 32 yaşlı ulduz futbolçunun müqaviləsində maraqlı bir maddə yer alır.

Zədələnməsi səbəbindən La Liganın açılışını qaçıran Lionel Messi 14 il formasını geydiyi klubda sanki bir büt halına gəlmişdi.

2005-ci ildə müqavilə imzaladığı Kataloniya klubunda bu günə qədər düz 8 dəfə müqaviləsini uzadan Messinin, 2017-ci ildə uzatdığı son müqaviləsində yer alan bir maddə aşkar edilib.

Xəbərə görə, argentinalı futbolçu 2021-ci ildə sona çatacaq olan müqaviləsinə hər ilin iyun ayında müqaviləni ləğv edə bilməsi maddəsini qoydurub.

Oyunçunun fiziki vəziyyəti və futbol oynamaq istəyinə görə hər yay qərar vermək istədiyi iddia edilir.

Yeni saziş uzadılması istənilən Messinin hələ ki bu təklifə müsbət yanaşmadığı da bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR