Azərbaycan idmançısı Avropa yığmasına dəvət aldı

Azərbaycan idmançısı Avropa yığmasına dəvət aldı
22:48 5 Sentyabr 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçiriləcək.

Publika.az xəbər verir ki, iki gün davam edəcək yarışlarda hər iki komandanın ən güclüləri mübarizə aparacaqlar.

Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanmada mübarizə aparacaq idmançılar sırasındadır.

Siyahıda Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda baş tutacaq. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/289400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR