"Top məndə idi, birdə gördüm Zidan üstümə gəlir, ayə mən Zidan görmüşəm?" - "Oser faciəsi"ndən 24 il ötür

Bugün 6 sentyabr 1995-c ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Fransa-Azərbaycan oyunundan 24 il ötür.

Metbuat.az xəbər verir ki, millimizin 10:0 hesabı ilə məğlub olduğu matç mətbuatda daha çox "Oser faciəsi" olaraq adlandırılır. Bu oyun Azərbaycan millisinin tarixində ən böyükhesablı məğlubiyyəti, həmçinin, Fransa millisinin ən böyükhesablı qələbəsi kimi tarixə düşmüşdür. 10:0 bitən matçda qollardan 3-ü Elxan Həsənov, 7-i onu 37-ci dəqiqədə qapıda əvəzləyən Nizami Sadıqov buraxıb. O zaman Azərbaycan millisini Ağasəlim Mircavadov çalışdırırdı.

Oyundan sonra futbolçuların verdiyi müsahibələr də oyunun özü kimi yaddaqalan olmuşdu. Millinin futbolçusu Nazim Süleymanov demişdi: "Top ayağımda idi, birdə gördüm Zidan üstümə gəlir. Ayə, mən Zidan görmüşəm?".

Qeyd edək ki, bu hesab həm də bütün dünyada yığma komandaların ən böyükhesablı məğlubiyyətləri arasında da ilk onluqda qərarlaşır.

Yığmamız Fransadan sonra ən ağır məğlubiyyətini Polşadan alıb. Polşalılar braziliyalı Karlos Alberto Torresin vaxtında Azərbaycana 8, Ş.Diniyevin dövründə 5 cavabsız qolla qalib gəliblər.


https://metbuat.az/news/1249754/erinin-basini-kesdi-cinsi-orqanini-itlere-yedirtdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR