Fatih Terimə 4 oyunluq cəza verildi

Fatih Terimə 4 oyunluq cəza verildi
10:42 6 Sentyabr 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun ölkə çempionatının 3-cü turunda "Kayserispor"la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Beləliklə, 66 yaşlı mütəxəssis Superliqada "Kasımpaşa", "Malatyaspor", "Fənərbağça" və "Gənclərbirliyi" ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Bundan başqa, F.Terim 19 min türk lirəsi məbləğində cərimələnib.
 
"Qalatasaray"ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 türk lirəsi məbləğində cərimələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/783749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR