Nəsrin Cavadzadə tədbirə gecikdi, türk aktrisa məkanı tərk etdi - FOTOLAR

"Aşk təsadüfləri sevər 2" filminin heyəti çəkilişlərin bitməsi səbəbi ilə Beykozda parti keçirib. Lakin xoş başlayan gecədə skandal yaşanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, azərbaycanlı aktrisa, filmdə baş rol oyunçusu olan Nəsrin Cavadzadə partiya 2 saat gecikib. Nəticədə partidən əvvəl təşkili planlaşdırılan mətbuat konfransı da gec başlayıb. Konfransda ilk çıxış edən Ömər Sorak baş rol oyunçusunun gecikməsi ilə bağlı narazılıq bildirib.

Nəsrin Cavadzadənin gecikməsinə ən sərt reaksiyanı isə aktrisa Zuhal Olcay verib. O, mətbuat konfransını erkən tərk edib. Filmin rejissoru İpək Sorak onu qaytarmağa çalışıb, rejissorun sözünü yerə salmayan aktrisa geri dönərək 1 neçə sualı cavablandırıb, bundan onra məkanı tərk edib.

Təşkil olunan tədbirdən fotolar:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR