"Azərbaycan Ermənistandan güclüdü" - Slovakiyanın baş məşqçisi

"Azərbaycan Ermənistandan güclüdü" - Slovakiyanın baş məşqçisi
11:42 6 Sentyabr 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakıya səfərimiz uzun oldu. Amma problemsiz keçdi.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Adrian Qula deyib.

O, AVRO-2021-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla bu gün keçiriləcək səfər oyununu dəyərləndirib.

Qula yığmamızı yoldaşlıq görüşündə məğlub etdikləri Ermənistanla da müqayisə edib: "Uşaqlar çox qətiyyətli və həvəslidilər. Oyun saatına qədər onlara kömək etmək üçün vaxtımız var. Söhbət təkcə oyun fəlsəfəsindən getmir. Azərbaycan texnikalı komandadı. Meydanda onlara boşluq versək, bizə narahatlıq yaradarlar. Müdafiə və hücumda balanslaşmış oyun göstərməliyik. Azərbaycan yığmasının oyunlarını izləmişik. Düşünmürəm ki, budəfəki rəqibimiz yoxlama oyununda 6:0 hesabı ilə qalib gəldiyimiz Ermənistanla eyni gücdədi. Azərbaycan daha səviyyəli komandadı. Əsas bizim nə qədər fəal olmağımız və qələbəyə ac olmağımızdı. Lixtenşteyndə uduzan Azərbaycanla onun evində oynamaq daha təhlükəlidi, nəinki Ermənistanla iyunda keçirdiyimiz matçda".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:30-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/783762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR