Maradonanın yeni klubu müəyyənləşdi

Maradonanın yeni klubu müəyyənləşdi
11:47 6 Sentyabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

Argentinalı baş məşqçi Dieqo Maradonanın yeni iş yeri bilinib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis "Gimnasiya" klubunu çalışdıracaq. Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Maradona ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

"Gimnasiya" hazırda Argentina Super Liqasında sonuncu - 24-cü sırada qərarlaşıb.

Maradonanın son iş yeri Meksikanın "Dorados" klubu olub. O, bu ilin iyununda səhhətindəki problemlərə görə istefa vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/783763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR