ƏƏSMN peşə reabilitasiya mərkəzində Aikido tanışlıq təlimləri keçirilir - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Türkiyə Aikido Təşkilatı Dərnəyinin Başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin iştirakı ilə iki gündür ki, Aikido Yapon idman növü ilə tanışlıq təlimlərinə başlanıb.

Metbuat.az xəbər verir ki, E.Ergin və E.Aydəmirin Mərkəzə səfəri “Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən təşkil olunub. Hər iki idmançı sentyabrın 10-dək Mərkəzdə qonaq olacaq və təlimləri aparacaqlar.

Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido Yapon idman növü barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar. Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına, onlar arasındaidman növlərinin təbliği işlərinə dəstək verməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR