TFF Fateh Terimi cəzalandırdı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fateh Terimə dörd oyunluq cəza verib.

Metbuat.az xəbər verir ki, buna 66 yaşlı çalışdırıcının Super Liqanın üçüncü turunda “Kayserispor”la oyundan sonra mətbuat konfransında söylədiyi açıqlamalar nədən olub. Onun ifadələri idman qaydalarına zidd sayıldığından belə cəza tətbiq edilib. Təcrübəli mütəxəssis 19 min türk lirəsi cərimə edilib.

“Qalatasaray”ın məşqçisi Ümid Davala "Kayserispor"la görüşdə azarkeşləri təhqir etdiyi üçün üç oyunluq cəza alıb, 19 min 500 türk lirəsi cərimələnib.

Qeyd edək ki, Fateh Terim “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR