DİN İdman Cəmiyyətinin yetirmələri Avropa Çempionatında uğurla çıxış ediblər - FOTO

Bu yaxınlarda Macarıstanın Györ şəhərində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə WAKO – Avropa çempionatı keçirilib. Qitənin 39 ölkəsindən 2 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışdamilli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Metbuat.az bildirir ki, ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 6 mükafat əlavə ediblər.

Təmsilçilərimizdən Məhəmməd İmanov, Əkbər Əsədov, Elnur Mustafayev qızıl, Rüstəm Alışov, Xəyal Dadaşov qızların mübarizəsində isə Mohandes Turan bürünc medal qazanıblar.

Qalibləri qəbul edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, qaliblər arasında polis əməkdaşlarının övladları da var. Asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayananan polis əməkdaşlarının övladlarının həm də savadlı, vətənpərvər, o cümlədən idman arenalarında ölkəmizi layiqincə təmsil edənlər sırasında görmək çox sevindirici haldır. O, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR