"Barselona" Messiyə komandanı tərk etmək hüquq verdi

"Barselona" Messiyə komandanı tərk etmək hüquq verdi
14:22 6 Sentyabr 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın argentinalı ulduzu Lionel Messi komandanı tərk etmək hüququ əldə edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti iddia ilə çıxış edib. Qəzetin xəbərinə görə, Messi hər mövsümün sonunda klubu tərk etmək hüququ qazanıb. Həmin maddə futbolçunun tələbi ilə müqavilə şərtinə əlavə edilib. 

Qeyd edək ki, 2005-ci ildən bəri "Barselona"nın formasını geyinən Messi bu günə qədər komanda ilə 8 müqavilə imzalayıb. 2017-ci ildə imzalanan və müddəti 2021-ci ildə bitən sonuncu müqavilədə futbolçunun sərbəst qalma haqqı 300 milyon avro müəyyənləşdirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/783817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR