Birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Bağlanış Mərasimi baş tutdu - FOTO

Birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Bağlanış Mərasimi baş tutdu - FOTO
18:12 6 Sentyabr 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 5-də saat Amburan Mall-da birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Bağlanış Mərasimi baş tutdu. Bağlanış Mərasimində AR Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Şöbəsinin Müdiri Cahangir Məmmədov, AR Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, AR Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, müxtəlif səfirliklərin nümayəndələri, Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Mərasim zamanı AR Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev festival iştirakçılarına uğurlar dilədi. Daha sonra "Narimanfilm" kinostudiyasının və "Salam" BYFF-nın təsisçisi Nəriman Məmmədov festivalın xarici ölkələrdən olan iştirakçılarını Fəxri Diplomlarla təltif etdi. Festivalın Hindistan Deleqasiyasının rəhbərlərindən biri Muruqeş Kamanın çıxışından və fəxri qonaqlara hədiyyələrin verilməsindən sonra Nəriman Məmmədov birinci "Salam"  BYFF-nın bağlandığını elan etdi. Daha sonra gənclər və qonaqlar üçün musiqili-əyləncəli proqram baş tutdu.

Qeyd etmək istəyirik ki, 2019-cu il sentyabrın 2-dən 5-dək olan tarixlərdə "Narimanfilm" kinostudiyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AR Kinematoqrafçılar İttifaqının dəstəyi və "Pasha Holding" MMC-nin və bir çox digər təşkilatların sponsorluğu ilə keçirdiyi "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalında 11 ölkədən 300-ə qədər 13-17 yaş həddini əhatə edən yeniyetmə iştirak etmişdir.

Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrini seyr etmiş, onları müzakirə edərək öz təəssüratları ilə bölüşmüş və praktik məşğələlər zamanı kinematoqrafiya sənətinin əsaslarına yiyələnmişlər. Bundan başqa,  festival günlərində AR xalq artisti, rejissor, aktyor və prodüser Rafiq Əliyev, AR Əməkdar İncəsənət Xadimi, rejissor Ayaz Salayev, Rejissor və ssenarist İlqar Safat, "Parni iz Baku" ŞHK- nun üzvü, prodüser, aktyor Ələkpər Əliyev, aktyorlar Günəş Mehdizadə, Anar Xəlilov və həmçinin, festivalın aparıcısı qismində də çalışan aktrisa Ayna Zərbəliyeva ilə görüşlər, əyləncəli proqramlar və ekskursiyalar həyata keçiriimişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/783894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR