Tramp höküməti miqrantların ölkəyə girişini məhdudlaşdırır?

"Nyu-York Times" qəzetinin "Ağ Ev"in səlahiyyətli şəxslərinə istinadən veridiyi xəbərə görə, Tramp höküməti ölkələrdindəki aclıq, müharibə və ya siyasi təzyiqlərdən qaçan miqrantların ABŞ-a qəbulun nəzarət edən proqramda dəyişiklik etməyi düşünür.

Metbuat.az xəbər verir ki, verilən məlumata görə, istisna vəziyyətlər xaricində ölkəyə miqrant qəbul etməmək təklif edilib. Həmçinin, ölkəyə qəbul edilən miqrant sayını 10 min ilə 15 min arasında məhdudlaşdırmaq da gündəmdədir. İraq və Əfqanıstan kimi ölkələrdə ABŞ-lı hərbi, diplomatik və kəşfiyyat bölmələri ilə çalışan şəxslərin və bəzi istisna ölkələrdən gələn miqrantların qəbuluna isə davam edilməsi təklif edildiyi deyilib.

Məsələnin yaxın günlərdə "Ağ Ev"də keçiriləcək iclasda müzakirə edilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR