Venesiya Film Festivalı yekunlaşdı - "Joker" filmi ən yaxşı seçildi

Dünyanın ən yaşlı film festivalı hesab olunan Venesiya Film Festivalı mükafatlandırma mərasimi ilə sona çatıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, festivalın əsas mükafatı "Qızıl Aslan" rejissorluğunu Todd Filipsin etdiyi "Joker" filminə verilib. Ən yaxşı rejissora verilən "Gümüş Aslan"ı isə "Om det oandliga" filmi ilə isveçli Roy Anderson alıb.

Haqqında bir uşağa cinsi istismar iddiası və həbs qərarı olması səbəbi ilə festivala qatılması mübahisəli olan polşalı rejissor Roman Polanskinin "Jaccuse" adlı filmi "Juri Böyük Müküfatı"na layiq görülüb.

Festivalın "Gələcəyin Aslanı" mükafatı isə Abu Alalanın "You will die at 20" filminə verilib.

Ən yaxşı aktyor mükafatına "Martin İden" adlı filmdə yaratdığı obrazla italyan aktyor Luka marinelli layiq görülüb. Ən yaxşı aktrisa isə "Qloria Mundi" filmindəki xarakterinə görə fransız Ariani Askaride seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR