2 gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Metbuat.az xəbər verir ki əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR