Məşhur müğənni öldü

Məşhur müğənni öldü
11:43 9 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Kamilo Sesto 72 yaşında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi Madriddəki xəstəxanada ürəktutmasından vəfat edib. Baş nazir Pedro Sançezin sənətçinin ölümü ilə bağlı ulduzun yaxınlarına və pərəstişkarlarına başsağlığı verib.

O, bildirib ki, Sestonun ölümü ispan xalqı üçün böyük itkidir.

Məlumat üçün bildirək ki, müğənni "El Amor de mi Vida", “Perdoname", “Quieres ser mi amante” və digər hit mahnıların müəllifidir. İngilis, alman, yapon, katalan və digər dillərdə də mahnı ifa edən Kamilo Sestonun 70 milyondan çox albomu satılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/289669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR