"Kurtlar Vadisi" serialı ekranlara geri dönür

Türkiyənin reytinqli "Kurtlar Vadisi" serialı yenidən ekranlara qayıdır.

Metbuat.az bildirir ki, serial rəqəmsal kanal "Netflix"də nümayiş olunacaq. Artıq Necati Şaşmazın "Pana" film şirkəti ilə "Netflix" rəhbərliyi arasında razılaşma əldə olunub. Çəkilişləri noyabrda başlayacaq serialda Necati Şaşmaz və Defne Samyeli baş rolda oynacaq. 2020-ci ildə yayımlanacaq seriala tamaşaçılar hər həftə "Netflix"də baxa biləcək.

"Kurtar Vadisi Xaos" adlanacaq serialda 15 iyul dövlət çevrilişindən sonra baş verən hadisələr öz əksini tapacaq.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR