Millət vəkilinin bu görüntüləri feysbukda rekord qırdı - VİDEO

Millət vəkilinin bu görüntüləri feysbukda rekord qırdı - VİDEO
14:33 9 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yenidən sosial şəbəkədə gündəm olub.

Publika.az xəbər verir ki, millət vəkilinin 3 sentyabr tarixli “Çıxışlarıma rəylərdə verilən suallara cavablar” mövzusunda çəkdiyi videosu 34 min nəfər tərəfindən izlənilib.

Paylaşımı 821 nəfər bəyənib, 419 nəfər rəy yazıb, 68 nəfər öz səhifəsində paylaşıb. Millət vəkili qeyd edib ki, bundan yüksək rekord 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş çıxışına baxış sayı olub: 81 min.

“Çıxışıma baxan, rəy və təklif yazan, hətta tənqid edən hər kəsə öz təşəkkürümü bildirirəm. Sosial şəbəkə insanlarla daha yaxın olmaq , bərabər səviyyədə söhbət etmək imkanıdır və mən bundan yararlanmağa çalışıram. Növbəti çıxışımın vaxtı və zamanı barədə sabah səhifəmdə məlumat yerləşdirəcəyəm. Var olun, dostlar, sizlər mənim üçün çox qiymətlisiniz” – Mirzəzadə təşəkkür postunda qeyd edib.

Millət vəkilinin sözügedən videosu ilə aşağıda tanış ola bilərsiniz:

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/video/289689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR