Sabah hava necə olacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Lakin axşam bəzi yerlərdə qısamüddətliyağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26°isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Sentyabrın 10-11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşəkçaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 7-11° isti, gündüz 12-17° isti təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağışyağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-13° isti təşkil edəcək.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17°isti təşkil edəcək.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25°isti təşkil edəcək.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabiryağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.


Mərkəzi-Aran, Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astararayonlarında şimşək çaxacağı, arabiryağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-20° isti təşkil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR