Çin astronomları sirli kosmik siqnallar qeydə alıblar

Çin astronomları sirli kosmik siqnallar qeydə alıblar
16:35 9 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük sferik radioteleskopu ilə işləyən Çin astronomları təkrarlanan sürətli radio siqnallar (Yer kürəsindən təxminən 3 milyard işıq ili məsafəsində yerləşmiş mənbədən gələn müəmmalı siqnallar) qeydə alıblar. Bu haqda "Sinxua" agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "siqnallar dünyada 500 metrlik aperturaya malik ən böyük sferik radio teleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil edilib" – agentlik Çin Elmlər Akademiyasının yanında astronomik rəsədxanalarında işləyən mütəxəssislərin bəyanatından sitat gətirib.

 

FAST teleskopu kimi tanınan 500 metrlik aperturaya malik sferik radioteleskop Çinin cənubunda yerləşən Quyçjou əyalətinin dağlarında quraşdırılıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62784-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR