Dilçilik İnstitutunun "Qaynar xətt"inə daha çox jurnalistlər müraciət edirlər

Dilçilik İnstitutunun "Qaynar xətt"inə daha çox jurnalistlər müraciət edirlər
09:42 10 Sentyabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk 8 ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun "Qaynar xətt"inə 200-dən çox müraciət daxil olub.
Bu barədə "Report"a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, müraciətlər şikayət, təklif və sual xarakterlidir: “Daha çox reklam lövhələrində və iaşə obyektlərindəki məlumatverici lövhələrdə yazılardan şikayətlənən vətəndaş müraciətləri qeyd olunub. Şikayətçilər bəzi sözlərin düzgün yazılmadığı barədə bizi məlumatlandırıblar. Müraciətlər "Qaynar xətt"in 012 538 06 37 nömrəsinə ilə yanaşı sosial şəbəkə üzərindən də daxil olur. Suallar verilərsə, cavablandırırıq. Bizə, əsasən, jurnalistlər müraciət edirlər. Bəzən mübahisəli sözlər meydana çıxır deyə, Dilçilik İnstitutunun Monitorinq şöbəsində daha çox söz ilə işləyən şəxslərin – jurnalistlərin müraciətləri qeydə alınıb. Ümumilikdə, daxil olan müraciətlərin əksəriyyəti öyrənmək xarakterlidir. Xatırlatma üçün qeyd edim ki, 2018-ci il ərzində  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Qaynar xətt"inə 400-dən çox müraciət daxil olub”.
Ş.Məmmədov bildirib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi fəaliyyətə başladıqdan sonra Dilçilik İnstitutunun "Qaynar xətt"inə daxil olan müraciətlərin cavablandırılması üçün Mərkəzə yönləndiriləcəyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dilcilik-i-nstitutunun-qaynar-xett-ine-daha-cox-jurnalistler-muraciet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR