Məktəb çantalarından məzarlıq yaratdılar - "UNİCEF"-dən dünyaya çağırış

Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNİCEF) dünya liderlərinin diqqətini çəkə bilmək üçün keçən il çatışma və müharibələrdə ölən uşaqları təmsil edən 3 min 758 məktəb çantasıyla BMT Mərkəzində "simvolik məzarlıq" yaradıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "UNİCEF" direktoru Henrietta Fore bildirib ki, həmişə ümidin işarəsi olan məktəb çantaları bu dəfə məzar oldu və bu şəkildə müharibələrdə ölən uşaqlara diqqət çəkmək istəyirik.

BMT-dən verilən məlumata görə, keçən il müharibə və çatışma bölgələrində 12 mindən çox uşaq həyatını itirib, yaralanıb və şikəst olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR