Devid Bekhem reklam üçün çinli model ilə evləndi

Dünyaca məşhur köhnə ingilis futbolçu Devid Bekhem reklam filmi üçün kamera qarşısına keçib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ulduz futbolçu çinli bir otellər markasının reklam filmi üçün 30 yaşlı çinli model Angela Yeung Ving ilə evlənib.

Otelin çıxışında londonlular cütlüyü qarşılayaraq öz sevgilərini göstərib. Çəkilişlərdən sonra Devid Bekhem Angelaya ən sevdiyi ingilis yeməyini tanıdıb. Angela isə Bekhemə Çində rəsmi olaraq istifadə olunan mandarin dilini necə danışmaq lazım olduğunu öyrədib.

Devidin reklamında oynadığı otelin 2020-ci ildə açılması planlaşdırılır.




https://metbuat.az/news/1251570/meshur-mugenni-1-yasli-korpesine-dogum-gunu-hediyyesi-olaraq.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR